Ramiz Rövşəndən Hacı Şahinin ölümü haqda: “Daha nə dərdin, yanında dostun var Allah kimi…”

Hazırda oxunan: Ramiz Rövşəndən Hacı Şahinin ölümü haqda: “Daha nə dərdin, yanında dostun var Allah kimi…”

123436

Xalq Şairi Ramiz Rövşən Hacı Şahinin son olaraq onun şeirini paylaşaraq dünyadan köçməsi ilə bağlı açıqlama verib.

Bizim.Media moderator.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişən ilahiyyatçı alim Hacı Şahin Həsənli haqqında başsağlığını aşağıdakı hüznlü sözlərlə ifadə edib:

"Azərbaycanın ən ağıllı və səviyyəli din xadimlərindən biri olan Hacı Şahinin ölümü məni çox kədərləndirdi. Son statusunda mənim şeirimi paylaşmağından və dünyayla mənim misralarımla vidalaşmağından çox təsirləndim. Yeri behişt olsun. Ailəsinə, doğmalarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.

Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
Hər keçən gündən iz qalır
Üzümdə cırmaq kimi.

Çətini yaşamaqdı,
ölmək nədi ki? Heç nə.
Son dəfə nəfəsini çəkib içinə
bir dərin suya baş vurmaq kimi.

Su içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
əcəl durub yol üstə qarmaq kimi.

…Qıymadın bir kimsəni oyatmağa,
Bu səhər üz tutub sübh əzanına – 
                                         getdin.

Bizdən ayrıldın daha,
Ən əziz dostun yanına getdin.
Daha nə dərdin?
yanında dostun var Allah kimi…

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin