Bütün məscidlərimizdə Xocalı qurbanları anılacaq

Hazırda oxunan: Bütün məscidlərimizdə Xocalı qurbanları anılacaq

123387
Fevralın 26-da Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunacaq.

Bu barədə Moderator.az-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.xa0

İdarədən bildirilib ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə onlar üçün Quran oxunacaq, dualar ediləcək.xa0

A. Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin