"Hacı Şahin sağlam, rasional, praqmatik düşüncəyə malik insan idi. Mənə deyərdi ki, Hacı, hər şey yaxşı olacaq, yaxşı düşünək. Amma üç gün bundan öncə mənə elə bir söz dedi ki, çox ağladım. Bildirdi ki, “Qızım üçün, onun təhsili üçün çalışıram. Qoy Azərbaycan xalqına yararlı övlad olsun”. Bu söz məni həqiqətən üzdü".
Bizim.Media xəbər verir ki, bu fikirləri Hacı Surxay Məmmədli Xəzər televiziyasına açıqlamasında deyib.
Hacı Şahin haqqında xatirələrini bölüşən Hacı Surxay Məmmədli xatırladıb ki, onunla 15 ildir dostluq edib:
"Son vaxtlar onunla tez-tez görüşərdim, halını soruşardım. Deyərdim ki, özünə fikir ver. “Çox yaxşıyam" cavabını verərdi”.
Onun sözlərinə görə, Hacı Şahin Azərbaycan gəncliyi üçün nümunəvi şəxs idi:
"O, insanlarla danışmağı çox sevərdi, gecə-gündüz bilmədən çalışırdı. İstəyirdi ki, insanlara fayda versin. Mən indi anladım ki, o, niyə gecə-gündüz yatmırmış, səy göstərirmiş, çalışırmış.
Deməli ömrünə çox az qalıbmış. Bəlkə, bu da Allahın bir lütfü idi ki, elmi insanlara çatdırırdı.
Düşünürəm ki, bundan sonra da Azərbaycan xalqı, gəncliyi Hacı Şahinin moizələri ilə qidalanacaqlar".
Hacı Surxay əlavə edib ki, Hacı Şahinə acı söz deyəndə təbəssümlə qarşılayırdı:
"Sanki insanların neqativliyini götürürdü. Bu da Hacı Şahinin elmi, insani yanaşması idi. Hacı Şahin 1974-cü il təvəllüdlü idi. O, böyük din alimi idi ki, insanların ruhunda mənəvi dönüş yaratdı".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:07 / 02.03.2023
"Hacı Şahin üç gün əvvəl mənə elə söz dedi ki, ağladım" - VİDEO
Hazırda oxunan: "Hacı Şahin üç gün əvvəl mənə elə söz dedi ki, ağladım" - VİDEO
Hazırda oxunan: "Hacı Şahin üç gün əvvəl mənə elə söz dedi ki, ağladım" - VİDEO
123378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.