Siyəzəndə dəm qazından ölənlərin STATİSTİKASI

Hazırda oxunan: Siyəzəndə dəm qazından ölənlərin STATİSTİKASI

123375

"2022-ci ilin sentyabr ayından bu günə qədər Siyəzən rayonunda 22 ünvanda 26 dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb,21 nəfərin isə həyatını  həkimlər  xilas edə bilib." 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Siyəzən icra hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Siyəzən şəhər sakinləri olan ər-arvad  Arzu və Ruhiyyə Quliyevlər dəm qazından zəhərlənərək vəfat ediblər.

Həmçinin analoji ölüm faktı ötən günlərdə də davam edib: 

"Yanvar ayının 9-da Siyəzən rayon polis şöbəsinin əməkdaşları Faiq Iskəndərov və Elmir Əsgərov kirayə yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Fevralın 6-da isə Gəndəhar kənd sakini Şəfəq Nizamova  dəm qazının qurbanı olub".

Ölüm faktları ilə bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Əlavə olaraq, dəm qazı zəhərlənmələri ilə bağlı "Azəriqaz"ın Xaçmaz regional idarəsindən bildirilib ki, burada sakinlərin səhlənkarlığı əsas rol oynayır:

"Dəfələrlə yerli aidiyyatı qurumlarla rayon ərazisində əhali arasında maarifləndirmə işləri aparılıb. Sakinlərə qaz sobalarından və "5 minutka" adlandırılan cihazlardan təhlükəsiz istifadə etmələri tövsiyə edilib. Amma bəzi sakinlərin səhlənkarlığı faciəyə gətirib çıxarıb", deyə qurumdan bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin