Xəbər verildiyi kimi Sumqayıtda 70 yaşlı kişi gəlininə və nəvəsinə balta ilə xəsarət yetirib. Qayınatasının balta ilə yetirdiyi xəsarətlərlə 1983-cü il təvəllüdlü gəlini Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü xəstəxanaya yerləşdiriliblər.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq xəsarət alanların vəziyyətini açıqlayıb. O, bildirib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına daxil olan 1983-cü il təvəllüdlü və 2014-cü il təvəllüdlü hər iki xəstəyə təpə nahiyəsinin açıq yarası diaqnozu qoyulub.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda DƏHŞƏT – Qayınata gəlinini və nəvəsini BALTALADI
Neyrocərrahiyyə şöbəsində müalicələri davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını bildirib.
Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb.
Araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media