Özünü və övladlarını binadan atan qadına qarşı YENİ İTTİHAM  

Hazırda oxunan: Özünü və övladlarını binadan atan qadına qarşı YENİ İTTİHAM  

123320

Ötən il özü və övladlarını binadan intihar məqsədilə atan qadına qəsdən adam öldürmə ittihamı verilib.

Bizim.Media xəbər verir ki, ötən il Yeni Yasamal yaşayış kompleksində 1997-ci il təvəllüdlü Aytən Abbasova, övladları Sara və Sofiya Abbasova ilə birlikdə intihar məqsədilə 5-ci mərtəbədən atıblar.

Nəticədə 3 yaşlı Sara Abbasova dünyasını dəyişib, ana və digər qızı isə xəstəxanaya yerləşdirilib.

İlkin olaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqın gedişində Aytən Abbasova barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Hazırda cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin