Kürmük çayında sel təhlükəsi yaranır - Qarşısı necə alınacaq?

Hazırda oxunan: Kürmük çayında sel təhlükəsi yaranır - Qarşısı necə alınacaq?

123319

Mənbəyini Böyük Qafqaz dağlarından götürən, Qax rayonu ərazisindən axan Kürmük çayı yaz aylarında gur sululuğu ilə seçilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yazqabağı ətraf ərazilərdə yaşayan sakinlər həyəcan təbili çalır. Regionun ən dağıdıcı çaylarından sayılan Kürmük çayında vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, çayın sahilindəki yaşayış məntəqələri su altında qala bilər.

Bəs, bu təhlükənin qarşısını almaq üçün aidiyyatı qurumlar nə iş görür?

Qax rayonunun İlisu və Sarıbaş kəndləri istiqamətində yüksək dağlardan mənbəyini götürən Kürmük çayı xüsusilə yaz-yay aylarında təhlükəli olur. Yağan leysan yağışları əriyən qar suları ilə birləşərək selin əmələ gəlməsinə səbəb olur. Çayın sahilində yerləşən yaşayış məntəqələri isə subasma təhlükəsi ilə üz-üzə qalır. 

Belə təhlükəylə ən çox üzləşən isə Əlibəyli və İbaxlı kəndləridir. 

Sakinlər sel təhlükəsinin aradan qaldırılması üçün tədbirlərin görülmasini vacib sayır. Çünki elə ötən il gələn selin qarşısı çox çətinliklə alınıb. 

Qax rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, sel təhlükəsini yaradan təkcə yağıntı deyil. O cümlədən gətirmə materiallarla çay yatağının dolması da sellərin məcradan çıxmasına səbəb olur. Ona görə də bəndqurma işləri ilə yanaşı, məcratəmizləmə və suvarma kanallarında lil təmizləmə işləri də aparılır. İdarədən  o da bildirilib ki, bəndqurma və məcratəmizləmə işləri ilboyu rayonun digər çaylarında da aparılacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin