Anamın qucağından alın, düşürün məni,həm anamı qoruyum, həm müqəddəs Vətəni...

Hazırda oxunan: Anamın qucağından alın, düşürün məni,həm anamı qoruyum, həm müqəddəs Vətəni...

123289














Mən balaca şəhidəm, anamın qucağında,
Hələ də közərirəm Xocalı ocağında...
Ya Allah, deyib hərdən, ətrafa boylanıram,
Yenə ocağa düşüb, alışıram, yanıram...
Anam da daşa dönüb, fəryad çəkmir, ağlamır,
Elə əlində tutub, heç məni qucaqlamır...
Amma yaxşı duyuram, mən onun nəfəsini,
Hardansa, uzaqlardan eşidirəm səsini...
Ana səsi olsa da, layla deyil, nalədir,
Yüksəklikdən tökülən, bir şaqraq şəlalədir...
Bu səs nəyimə gərək, mən layla istəyirəm,
Yuxu getmir gözümə, illərdir gözləyirəm...
Qulağımda gurlayır, top səsi, tüfəng səsi,
Bu hay - küyə qarışır "Qarabağ şikəstəsi"...
Ölməmişəm, amma dönmüşəm daşa,
Bir az bənizim solub, bir az dolmuşam yaşa...
Daha uşaq deyiləm, indi əsgər yaşdayam,
Xocalım yad əlində, mən isə savaşdayam...
Anamın qucağından alın, düşürün məni,
Həm anamı qoruyum, həm müqəddəs Vətəni...

Məzahir Süleymanzadə, tanınmış publisist-şair-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin