Həə...yenə yazmaq istədim, Əziz oxucu !
Yazmaq istədim deyəndə ki, vadar oldum. Bəli, bu səfər yaşadığımız cəmiyyətin ziyalı təbəqəsinin bir hissəsinin təfəkkür dayazlığında boğulanların ahı, fəryadı məni vadar etdi.
Nəysə...Keçim keçə biləcəyim mətləbə.
...Həmin gün.
Nəqliyyat vasitələrinin birində mənzil başına tələsirəm. Tələsgənlik bəzən adamı ətraf mühitdən də təcrid edir. Sözüm onda deyil. Yəni demək istəyirəm ki, bir gözüm qolumda (saatda) qalıb, bir gözüm yolda. Bu zamanın təlaşından məni qarşımdakı oturacaqda əyləşən iki nəfərin-hardasa 23-24 yaşlı bir gənc oğlanla 55-60 yaşlarında olan bir ağsaqqalın söhbəti ayırdı. İstər-istəməz dialoq məni çəkdi. Vallah dialoq da demək olmazdı ee... Ağsaqqal danışır, oğlansa sanki xa0"burdayam" xatirinə hərdənbir "səsin çıxardır". Deyəsən, ədəbiyyatdan söhbət gedirdi. Necə deyərlər hələ tam onların səsində həll olmamışdım. Bir onu bilirdim ki, mənzil başına çatmağa hələ çox var. Nəysə... başladım dinləməyə.
Səni inandırım ki, ağsaqqal necə danışırdısa o danışıq əgər bir pəncərə olsaydı həmin pəncərədən qatığı qara rəngdə görə bilərdin. Qara rəng demişkən. Ancaq ağsaqqalın üzüqara fikirlərinə gənc oğlanın hərdənbir baş silkələməsi ağsaqqalın inandırmaq cəhdinin boşa çıxmamasını və gəncin düşüncə baxımından dayaz olmasını aşkara çıxarırdı. Nəysə... Mənim gənclə işim yox. Axı gələcək qarşıdadır-deyirlər.
Həə... gəlim ağsaqqala... Bu minvalla ağsaqqal sanki öz "mühazirə"lərini oxuyurdu. Ədəbiyyatdan o qədər dar və kor təfəkkürlə danışırdı ki, bir neçə dəfə dillənmək cəhdinə gəldim. Ancaq yenə susdum. Sonu gözlədim. Əslində bir az da açığı deyim ki, öz-özümə düşünürdüm ki, əşi, yaşlı insandı. Görən hansı ixtisasın sahibidi(heç bəlkə də sahibi deyil). Ona nə reaksiya verim.
Bu fikiri əldə bayraq edib bir neçə dəfə cavab vermə cəhdimdən döndüm.
Artıq xeyli zaman keçmişdi... Söhbətini tamamlamaq məqsədiylə ağsaqqal qayıtdı ki, "Bacıoğlu, bilirsən necədi. Güya Nizami, Füzuli, Şekspir olmasaydı dünya nə itirəcəkdi ki..."
Bunu eşidəndə inan Allaha elə bil başımdan tüstü qalxdı. Özümün, özümə acığım tutdu (Qulaq asdığım üçün). Dedim, İlahi adam mənəvi dünyadan nə qədər kənar olmalıdı ki, bu sözləri dilinə gətirə bilsin.
Vallah yenə cavab vermək istəsəm də düşündüm ki, bu tamam elmdən, mənəvi dünyadan uzaq adamdı. Yəqin dünyası başqadı. Yoldu da... Vaxta görə söhbətlə başın qatır. Cavab verib nə baş ağrıdım.
Elə özümə təsəlli verə-verə beynimdə çək-çevir edirdim ki, ağsaqqal yenə sanki əzrayıl olub tutdu qulağımın yaxasından. Belə ki, gənc oğlanı danışdıqlarına bir daha inandırmaq üçün əli ilə onun kürəyinə bir-iki dəfə səthi vurub qayıtdı ki; "Eh, bacıoğlu, neçə ilin filoloquyam. Qarşımdan yüzlərlə şagird gəlib gedib"xa0
Bu zaman tamam susdum. Qulağımı, gözümü beynimin ovcuna yığıb ayrıldım o yerdən...
Həə...sual edə bilərsən ki, bəs niyə cavab vermədin. Bilirsən niyə cavab vermədim? Çünki o cavabımı anlayacaq, başa düşəcək dərəcədə dərkə malik deyildi....
Deyirəm, ziyalı olasan öz peşənin gərəkliliyini dərk etməyəsən. Özünə umac ova bilməyən başqasına nə ərişdə kəsəcəyini Sən özün təsəvvür et, Əziz oxucu !
Təsəvvür elə ki, susuzluqdan yanıb üz tutursan quyuya. Quyunusa boş görürsən. Və....
Bax, dəhşət burasındadı.
Demək, var ziyalı, var ziya(n)lı.
Emil RASİMOÄžLU
































































































