Kahramanmaraşda evlərini itirən sakinlərin yerləşdiyi çadır düşərgəsində yanğın olub.
Bizim.Media xəbər verir ki, yanğın Dulkadiroğlu müəllimlər evinin yaxınlığında qeydə alınıb.
Yanğın nəticəsində düşərgədə olan çadırlar tamamilə yararsız hala düşüb, biri azyaşlı olmaqla, iki nəfər yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Yanğına səbəbin qısaqapanma olduğu ehtimal olunur.
Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş