Satışda olan bayraqlar standartlara cavab verirmi?

Hazırda oxunan: Satışda olan bayraqlar standartlara cavab verirmi?

123250
Məktəb və ofis ləvazimatları satılan hər mağazada bayraq satıldığının şahidi oluruq. Satışda müxtəlif forma və ölçüdə bayraqlar var. Xırda ölçülü və yapışqanlı bayraqlar da tapmaq olar, masa üstü üçün nəzərdə tutulmuş orta ölçülü və asmaq üçün iri ölçülü bayraqlar da.

Bəs bu bayraqlar necə hazırlanır? Onun ölçü meyarları, rəngi qanunvericiliyin, daha dəqiq desək “Dövlət bayrağı haqqında”x9d Əsasnamənin tələblərinə uyğundurmu? Bu bayraqlar harada istehsal olunur?

Baş çəkdiyimiz bir neçə məktəb və ofis ləvazimatları mağazasında satıcılardan öyrəndik ki, bu bayraqların hamısı Çində istehsal olunub Azərbaycana gətirilir.


Qanunvericiliyin tələbinə görə, bayrağın eninin uzununa nisbəti 1:2 olmalıdır.

Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun təsvirinə dair də tələblər var. Belə ki, Ayparanın təsviri konsentrik, yəni eyni mərkəzli olmayan iki dairənin hissələri şəklindədir. Böyük dairənin diametri bayrağın eninin 0,286-na, kiçik dairənin diametri isə bayrağın eninin 0,22-nə bərabərdir.

“Dövlət bayrağı haqqında”x9d Əsasnamədə bayrağın rənglərinin konkret çaları da müəyyən olunub. Belə ki, bayraq hazırlanan zaman onun mavi rəngi "Panton" rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rəngi - Red 185C rənginə, yaşıl rəngi isə Green 3405 C rənginə uyğun olmalıdır.


Bəs satışdakı bayraqlar bu tələblərə nə dərəcədə uyğundur? Dövlət tərəfindən buna nəzarət necədir?

İnzibati Xətalar Məcəlləsinə görə, Dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsinə görə vəzifəli şəxslər 30 manatdan 40 manatadək miqdarda, hüquqi şəxslər isə 70 manatdan 90 manatadək miqdarda cərimə edilir.


Bununla yanaşı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) də satışda qanunvericiliyin tələblərinə uyğun olmayan bayraqlara nəzarət edir. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, bəzi hallarda xaricdən gətirilən bayraqların standartlara cavab vermədiyi müşahidə olunur. Məsələn, bayrağın rəng çalarlarının başqa cür olduğunu da açıq-aydın görmək olur.

“Belə halla rastlaşanda standartın tələblərinə uyğun olmayan bayraqların yığışdırılması ilə bağlı komitə tərəfindən tapşırıqlar verilir”x9d, - komitə rəsmisi belə deyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin