Heydər Əliyevin rəhbərlik etdiyi MƏXFİ ƏMƏLİYYAT – “Naturalist” filmi – FOTO/VİDEO 

Hazırda oxunan: Heydər Əliyevin rəhbərlik etdiyi MƏXFİ ƏMƏLİYYAT – “Naturalist” filmi – FOTO/VİDEO 

123229

Azərbaycan Dövlət Televiziyası və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə əməkdaşlığı ilə “Naturalist” əməliyyatı sənədli filmi ərsəyə gətirilib. 

Bizim.Media xəbər verir ki, “Naturalist” əməliyyatı işi DTX-nin arxivində hələ də tam məxfi qrifi altında saxlanılan işlərdəndir. 

…Xarici vətəndaşı cəlb etmək asandır, amma agenti ikinci dəfə cəlb etmək, bu, məharət tələb edir. İkili agent hər hansı bir ölkənin, xüsusilə rəqib ölkənin agentidirsə, bizi dezinformasiya edə bilər…

…Turistlərin daha çox vaxt keçirdiyi yerlərdə müxtəlif peşə sahibləri müşahidələr aparırdılar. Onların içərisində mehmanxana işçiləri də vardı: 

“Bu ayın 4–də xidmət etdiyim stulda xarici vətəndaş əyləşmişdi. Söhbət əsnasında o sovet insanı ilə qərb insanının yaşayış tərzləri haqqında müqayisələr aparırdı”.

Filmdə daha sonra bildirilir:

“Naturalist ətrafında keçirilən tədbirlər nəticəsində onun bir qadınla əlaqəsi ortaya çıxdı. Görüşə aylardır xarici jurnalisti müşahidə altında saxlayan - əməliyyatın rəhbəri, gənc polkovnik Əliyev özü gəlir”.

Kadrlarda polkovnik Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyat tədbirindən real foto da nümayiş olunur. 

“Heydər Əliyev naturalist ilə çox yüksək səviyyədə psixoloji kontakt yaradır. Onun səmimiliyi yoxlanıldı və agent kimi şəbəkəyə qəbul olundu”.  

…Orqanların ən vacib işi qiymətli məlumat əldə etməkdir. Kimin çox məlumatı var, o da qalib gəlir…

Qeyd edək ki, sənədli film martın 7-dən etibarən DTX-nin “Youtube” kanalında yayımlanacaq.

Filmlə bağlı hazırlanan süjeti təqdim edirik: 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin