Bakıdan Rusiya sərhədinədək sürət qatarı işləyəcək - ÖZƏL

Hazırda oxunan: Bakıdan Rusiya sərhədinədək sürət qatarı işləyəcək - ÖZƏL

123225

Prezident İlham Əliyevin tapşırığına əsasən   dəmiryolu  sahəsində daha bir möhtəşəm layihəyə start verilib. Bu, Bakıdan Xaçmazın Rusiya-Azərbaycan sərhədində yerləşən Yalama qəsəbəsinə hərəkət edəcək yeni sürət qatarı ilə bağlıdır. Artıq Sumqayıt şəhərindən Yalama qəsəbəsinə qədər olan ərazidə  yeni layihənin işlənilməsinə başlanılıb.

Bu barədə Bizim.Media-ya özəl olaraq layihənin podratçı təşkilatı olan "Kolin inşaat" turizm, sənaye və ticarət ASC-nin ətraf mühit və sosial təhlükəsizlik üzrə meneceri Rahid Abbasov açıqlama verib.

Onun sözlərinə görə, "Sumqayıt-Yalama dəmiryolu xəttinin yenidən qurulması və bərpası" layihəsi Asiya İnkişaf Bankının və Fransa İnkişaf Bankının birgə maliyyə dəstəyi ilə həyata keçirilir.169 km uzunluğu olan yeni layihə iki hissədən  ibarətdir:

"LOT-1"-hissəsi Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonlarını", "LOT-2” hissəsi isə Siyəzən, Xızı və Xaçmaz rayonlarını əhatə edir.

Layihənin sifarişçisi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətidir.

Rahid Abbasov məlumat verib ki, layihə çərçivəsində Sumqayıtdan Yalamaya gedən dəmiryolu xəttində əsaslı yenidənqurma və bərpa işləri aparılacaq və işlərə artıq  start verilib. Burada yolboyu yeni keçidlərin inşa olunması, su ötürücü boruların, piyada keçidlərinin yenilənməsi  və digər işlərin görülməsi nəzərdə tutulub.

Rahid Abbasov qeyd edib ki, sürət qatarı Yalamaya Bakının dəmir yolu vağzalından işləyəcək.

Bakıdan Sumqayıta sürət qatarı artıq iştifadəyə verildiyindən  və  Sumqayıta qədər yol artıq hazır olduğundan Sumqayıtdan Yalamaya yeni layihənin icra edilməsi məqsədəuyğun hesab edilib və işlər sürətlə gedir.

Hazırda Rusiya sərhədinədək hərəkət edəcək sürət qatarının  keçəcəyi şimal dəmiryolu xəttində əsaslı bərpa və yenidənqurma işləri görülür.

Yeni dəmiryolu layihəsinin 2024-cü ilin sonunadək hazır olacağı deyilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin