“Xocalıya Ədalət”x9d kampaniyasının yeni internet səhifəsi istifadəyə verildi- FOTO

Hazırda oxunan: “Xocalıya Ədalət”x9d kampaniyasının yeni internet səhifəsi istifadəyə verildi- FOTO

123216
İnternet səhifəsində şəhərin işğaldan əvvəlki vəziyyəti barədə ətraflı məlumat toplanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilən “Xocalıya Ədalət”x9d beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verilib.

Heydər Əliyev Fondundan verilən məlumata görə, yeni səhifə bir çox fərqli xüsusiyyətlərlə yanaşı, Xocalı soyqırımı ilə bağlı hərtərəfli resurs mənbəyi rolunu oynayır.

Belə ki, internet səhifəsində Xocalı şəhərinin işğaldan əvvəlki vəziyyəti, onun coğrafiyası, tarixi, iqtisadiyyatı və demoqrafik vəziyyəti barədə ətraflı məlumat toplanıb.

Xocalı ilə bağlı saytda yerləşdirilmiş tarixi faktlar ermənilərin bu əraziyə olan iddialarının əsassız olduğunu bir daha sübut edir.

Bundan başqa saytda Xocalı soyqırımından sonra qırğın törədilən ərazidə yerli və xarici müxbirlər tərəfindən çəkilmiş foto və video materiallar, şahid ifadələri, sənədli filmlər, Xocalı hadisələri ilə bağlı 1992-ci ildə beynəlxalq mətbuatda dərc edilmiş məqalələr, xarici müəlliflərə məxsus araşdırmalar, tarixi sənədlər və s. faydalı materiallar təqdim olunur. İnternet səhifəsində, həmçinin “Xocalıya Ədalət”x9d beynəlxalq kampaniyası tərəfindən Xocalı hadisələri ilə bağlı hazırlanmış xüsusi təqdimat da (“PowerPoint”x9d formatında) yerləşdirilib.

Bu təqdimatdan istifadə etməklə, istənilən şəxs təhsil aldığı təhsil müəssisəsi və ya fəaliyyət göstərdiyi kollektivdə Xocalı soyqırımı həqiqətlərini çatdıra bilər.

Xocalı soyqırımına dair mühüm məlumatların toplandığı geniş resurs mənbəyi olan internet səhifəsi ictimaiyyətə beynəlxalq kampaniyanın fəaliyyətində yaxından iştirak etmək imkanı yaradan interaktiv platformadır.

Saytda kampaniyada iştirakın müxtəlif üsulları barədə geniş məlumat verilir.

“Xocalıya Ədalət”x9d beynəlxalq kampaniyası hər kəsi internet səhifəsində təklif olunan üsul və vasitələrindən, həmçinin kampaniyanın digər onlayn resurslarından (www.facebook.com/JFKCampaign, instagram/justiceforkhojaly) istifadə etməklə, Xocalı soyqırımı barədə maarifləndirmə işinə töhfə verməyə çağırır.xa0

“Xocalıya Ədalət”x9d beynəlxalq kampaniyası www.justiceforkhojaly.org səhifəsinə öz internet səhifələrində keçid (banner) yerləşdirmək niyyətində olan təşkilatlar/qurumlardan kampaniya ilə ([email protected], 4976316) əlaqə saxlamalarını xahiş edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin