Qızdırma üçün apteklərdə ancaq BİR DƏRMAN var – O da uşaqlar üçün QORXULUDUR

Hazırda oxunan: Qızdırma üçün apteklərdə ancaq BİR DƏRMAN var – O da uşaqlar üçün QORXULUDUR

123212

Dərman bazarında bahalaşma davam edir. Bu azmış kimi bəzi dərmanların qıtlığı da yaranıb. Məsələn, parastamol, panadol, nurafen və digər bu kimi gündəlik istifadə olunan dərmanların yoxa çıxması xeyli təəccüb doğurur. Halbuki, valideynlərin bir çoxu həkimə müraciət etmədən bu dərmanlar vasitəsi ilə uşaqlardakı qızdırmaya özləri əlac edirdilər. Soyuqdəymə, infeksion xəstəliklərin yayıldığı bir dönəmdə bu halın yaşanması əhalini əlacsız qoyub.

Problemlə bağlı tanınmış həkim Vaqif Qarayev də Bizim.Media-ya narahatlığını ifadə edib:

“İndiki vəziyyətdə həm həkimlər, həm də valideynlər çaş-baş qalıblar. Tempanol deyilən preparat var. Qızdırma üçün apteklərdə yalnız bu dərmanı tapmaq olur. Onu da körpə uşaqlara vermək bir az risqlidir. Seçim olmadığı üçün valideyn də, həkim də məcbur qalır”.

Həkim onu da əlavə etdi ki, dərmanların yoxa çıxması səbəbilə bir neçə tanış apteklə əlaqə saxlayıb:

“Hamısı səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir. Bu dərmanlar əsasən həmin dövlətlərdən gəlir. Amma bu səbəb olsa da bəhanəyə əsas vermir. Biz bütün ekstremal vəziyyətlərə hazır olmalıyıq. Qonşu dövlətlərin çoxu vəziyyətdən çıxış yolu tapıb. Əldə etdiyimiz məlumata görə adını çəkdiyimiz qızdırma salan dərmanların anoloqu üçün qonşu Gürcüstan Türkiyə şirkətləri ilə müqavilələr bağlayıb”. 

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindənsə bildirdilər ki, indiki vaxtda həm müharibə, həm enerji daşıyıcılarının qiymətinin artması özlüyündə logistika xərclərinin, dərman vasitələrinin xammal qiymətinin qalxmasına və qıtlığına səbəb olur:
“Yəni həm istehlak dəfələrlə artdığına, həm də istehsalda yaranan axsamalara görə, bu problem yaşanır. Hazırda problemin həlli istiqamətində tədbirlər davam etdirilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin