Bəxtiyar Hacıyev saxlanılarkən üzərində telefon, planşet, kompüter olmayıb - RƏSMİ 

Hazırda oxunan: Bəxtiyar Hacıyev saxlanılarkən üzərində telefon, planşet, kompüter olmayıb - RƏSMİ 

123162

Vətəndaş Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağlı iddialar yayılıb. 

Daxili işlər Nazirliyi (DİN) B.Hacıyevin polis orqanına dəvət edilən zaman onun üzərində olan cihazlar – mobil telefon, planşet, kompüterinin götürülməsi, evində və ofisində axtarış aparılması ilə bağlı iddialara aydınlıq gətirib. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib:

"Onun üzərində hər hansı elektron daşıyıcı cihaz - mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb. Qeyd olunan məsələlər istintaqın araşdırma predmeti təşkil etməyib. O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. 

Təkrar olaraq qeyd edim ki, onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik. 

B.Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar – görüntülər və yazışmalarla bağlı suala cavab olaraq şöbə rəisi bildirib ki,  bu məlumatların haradan necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub".

O qeyd edib ki, həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin