Ötən il mediada gedən məlumatlarla bağlı beş cinayət işi AÇILIB 

Hazırda oxunan: Ötən il mediada gedən məlumatlarla bağlı beş cinayət işi AÇILIB 

123116

“2022-ci ildə mediada getmiş məlumatlarla bağlı beş cinayət işi başlamışıq, bəziləri məhkəməyə göndərilib”.

Bizim.Media xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev məlumat verib.

Baş Prokuror bildirib ki, 2021-ci ildə isə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı üç cinayət işi başlanıb:

“Gördüyünüz kimi burada artım tendensiyası müşahidə olunur. Burada yalnız cinayət işlərindən söhbət gedir. Mediada gedən çoxlu materiallar var ki, onlarla bağlı biz digər təsir tədbir aktları tərtib etmişik.
Yəni xəbərdarlıq etmişik, inzibati icraat başlamışıq. Burada söhbət mətbuat işçilərindən getmir. Onların məlumatı əsasında digər vəzifəli şəxslər barədə müəyyən tədbirlər həyata keçirilib. Hesab edirəm ki, biz bu sahəni inkişaf etdirməliyik və madia ilə işguzar əlaqələr qurmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin