Azərbaycan-Kuba dostluq klinikası AÇILA BİLƏR 

Hazırda oxunan: Azərbaycan-Kuba dostluq klinikası AÇILA BİLƏR 

123109

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon da iştirak edib.

Səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadaların ölkəmizə gəlməsi buna bariz nümunədir.

Nazir çıxışında ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Anhel Portal Miranda çıxışında Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb:

“Sizin də qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək".

Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

Görüşdə Azərbaycanla Kuba arasında farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda milli səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb. Həmçinin tərəflər gələcəkdə Azərbaycan-Kuba dostluq klinikasının açılmasını müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin