Kamran Əliyevdən sabiq məmurların müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına REAKSİYA - VİDEO 

Hazırda oxunan: Kamran Əliyevdən sabiq məmurların müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına REAKSİYA - VİDEO 

123104

“2022-ci ildə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət stabil olub, cinayətkarlığın açılması faizi isə kifayət qədər yüksəkdir. Burada xüsusən prokurorluq, daxili işlər və ümumiyyətlə hüquq-mühafizə orqanlarının birgə fəaliyyətini qeyd etmək istərdim”.

Bizim.Media xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə xüsusilə ağır və ağır cinayətlərin sayında azalma tendensiyası müşahidə edilir:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsində artım müşahidə edilib. Burada ilk növbədə bizim hüquq-mühafizə orqanlarının, xüsusilə Daxili İşlər Nazirliyinin fəaliyyətini vurğulayardım.

Onların proaktiv fəaliyyəti nəticəsində, yəni cinayət faktlarının daha səmərəli aşkarı, təqsirli şəxslərin ifşası və məsuliyyətə cəlb edilməsi istiqamətində müsbət fəaliyyətlərini qeyd etmək istəyirəm”.
Baş Prokuror Kamran Əliyev yüksəkvəzifəli şəxslərin müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına münasibət bildirib.

Kamran Əliyevə ünvanlanan sual zamanı konkret ad çəkilməsə də, Baş Prokuror qətiyyətli danışıb:

“Bütün bu məsələlər Prokurorluq tərəfindən diqqətlə öyrənilir. Bununla bağlı zəruri tədbirlərin görülməsi, yəni, Prokurorluq tərəfindən protestlərin verilməsi nəzərdən keçirilir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin