Müəllim şagirdi DÖYDÜ: Polis araşdırmalara BAŞLADI 

Hazırda oxunan: Müəllim şagirdi DÖYDÜ: Polis araşdırmalara BAŞLADI 

123066

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Qaradağ RPİ-nin 38-c Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə xanım müəllim tərəfindən döyüldüyünü bildirib. 

O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllim barəsində tədbir görülməsini xahiş edib. 

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi ilə bağlı rəsmi açıqlama verilib:

"Şagird tənbeh edilib. Fevralın 24-də keçirilən valideyn iclasında övladının nöqsanları barədə valideyn də məlumatlandırılıb. Fevralın 26-da valideyn məktəb rəhbərliyinə zəng vurub və müəllimin onun övladını vurduğunu bildirib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlərlə görüş keçirilib.

Müəllimin şagirdə qarşı fiziki təzyiq göstərmədiyi, ancaq tənbeh etdiyi məlum olub. Şagirdə qarşı münasibətdə həssas davranmadığı üçün müəllimə xəbərdarlıq edilib”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin