Mingəçevirdə şok OLAY: Xəstənin qarnında tənzif UNUDULDU

Hazırda oxunan: Mingəçevirdə şok OLAY: Xəstənin qarnında tənzif UNUDULDU

123039

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb. 

Mingəçevir şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin