"Qarabağ İqtisadi rayonu ərazisinin 15 faizi mina və partladılmamış hərbi sursatdan təmizlənib".
Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Ağdamda minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında deyib.
O bildirib ki, Ağdam rayonu 26 faiz, Füzuli rayonu 23 faiz, Tərtər rayonu isə 15 faiz mina və partladılmamış hərbi sursatdan təmizlənib:
"Prezident tərəfindən azad olunmuş ərazilərdə bir çox layihələrin təməli qoyulub. Artıq bəzi layihələr yekunlaşıb. Bufer zonalar da təmizlənməkdədir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:28 / 28.02.2023
Qarabağın 15 faizi mina və sursatdan TƏMİZLƏNİB
Hazırda oxunan: Qarabağın 15 faizi mina və sursatdan TƏMİZLƏNİB
Hazırda oxunan: Qarabağın 15 faizi mina və sursatdan TƏMİZLƏNİB
123035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.