İnsanlıq əzəli Abşeronumdu...

Hazırda oxunan: İnsanlıq əzəli Abşeronumdu...

123035
Əncirli, üzümlü yaşıl donumdu
Dünyanın gözəli Abşeronumdu
Ömrümdü, günümdü, ilkim, sonumdu,
İnsanlıq əzəli Abşeronumdu.

Qızılın qarası,qızılı qum da,
Vahidin qəzəli Abşeronumdu.
Nəyimiz varsa da Yaradanındı,
“Qədəmgahi-Əli”x9d Abşeronundu.

Bakı möcüzələr abidəsidir,
Adalar gözəli Abşeronumdur.
Xəzərin Xəzrisi, Gilavarı da,
Küləklər dəcəli Abşeronundur.

Hacı Zeynalabdin, Məmmədəmin də,
O nakam Şıxəli- Abşeronumdur
Tar, kaman, muğamın keşiyindədir,
Qəzəl-muğam eli- Abşeronumdur.
Ürəyi haradır Azərbaycanın?
Vüqar Əhməd deyir:- Abşeronumdur.

Vüqar Əhməd
AMEA-nın baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin