Ağalıda doğulan ilk körpəyə birdəfəlik müavinət verildi - FOTO

Hazırda oxunan: Ağalıda doğulan ilk körpəyə birdəfəlik müavinət verildi - FOTO

123032

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi başlanandan bəri bu torpaqlarda 30 il sonra ilk körpə dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, fevralın 15-də Zəngilan rayonunun Ağalı kəndində doğulan Zeynallı Turan Teymur oğlunun valideynlərinə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub. 

Uşağın atası Teymur Zeynalov bildirib ki, DOST Agentliyinə müraciətindən sonra “Smart DOST” məntəqəsi vasitəsilə ona müvafiq izahatlar verilib və Ağalı kəndində yerləşən bank filialından 500 manat məbləğində birdəfəlik müavinət ala biləcəyi qeyd olunub. Müavinət ona bu gün təqdim edilib.

Qeyd edək ki, körpənin atası Teymur Zeynalov Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin