“İlqar Məmmədovla heç vaxt sıx münasibətlərimiz olmayıb”x9d

Hazırda oxunan: “İlqar Məmmədovla heç vaxt sıx münasibətlərimiz olmayıb”x9d

123000
Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbəri Əli Əliyev və REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov bir vaxtlar Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) üzvü olublar. Sonradan partiyadan ayrılsalar da bərabər şəkildə siyasi mübarizəyə qoşulmayıblar. Hələ də keçmiş siyasətçilərin bugünkü gündə əlaqələrinin qalıb-qalmaması məsələsi maraqlıdır.

VİP-in sədri Əli Əliyev deyib ki, vaxtilə eyni  parityanın üzvü olsalar da aralarında sıx əlaqə olmayıb.  
“Düzü, baxışlarımızda siyasi uyğunluğumuz yoxdur. Belə ki, şəxsi əlaqələrimiz partiyada olduğumuz dönəmlərdə də sıx olmayıb. İlqar bəy Azərbaycan Milli İstiqlal Partiyasından  xeyli əvvəl uzaqlaşıb. Onun ailəsini də, özünü də kifayət qədər yaxşı tanıyıram.

Həmçinin, onun mübarizəsini alqışlayıram. O, öz yolunu təqlid edir. İnsani hüquqları da hər zaman müdafiə etməyə hazırıq. Eyni zamanda, İlqar Məmmədova həbsxanada gedib baş çəkməmişəm.  Məlumatları ancaq mətbuatdan əldə etmişəm”x9d.  

Əli Əliyevin sözlərinə görə siyasi baxımdan fəal insanların təməl hüquqları qorunmalıdır.  

“Siyasi baxışlarımızda əsaslı köklü fərqliliklər var. Amma bu fərqliliklər İlqar bəyin insani və siyasi hüquqlarının müdafiə edilməməsi üçün əsas yaratmır. Partiyamız da, mən də onun təməl hüquqlarının müdafiəsi üçün lazım olan addımları atmışam. Dünənki televiziya çıxışımda da siyasi məhbusların azad edilməsini təklif etmişəm”x9d.  (Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin