Əhalinin 99 faizi Azərbaycanın bütün imkanları ilə Türkiyənin yanında olduğunu düşünür - SORĞU

Hazırda oxunan: Əhalinin 99 faizi Azərbaycanın bütün imkanları ilə Türkiyənin yanında olduğunu düşünür - SORĞU

122993

Yalnız 1 faiz əhali Azərbaycanın Türkiyəyə yetərli dəstək göstərmədiyini düşünür.

Bu barədə Bizim.Media-ya Sosial Tədqiqatlar Mərkəzi məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Zəlzələdən 2 gün sonra daha bir quş çadırımıza yaxınlaşdı” – 14 yaşlı Leylanın HEKAYƏSİ


Məlumatda deyilir ki, Türkiyənin 11 şəhərində humanitar fəlakətlərə yol açmış zəlzələ hadisəsindən irəli gələrək, Azərbaycanda bu kimi fövqəladə hallara qarşı mümkün risklərin, ictimai davranış və mühakimələrin öyrənilməsi, eyni zamanda proqnozlaşdırılması məqsədilə Mərkəz tərəfinfən rəy sorğusu keçirib.

Sorğu çərçivəsində Türkiyədə baş verən fəlakətin ayrı-ayrı aspektlərinə, o cümlədən Azərbaycan tərəfindən bu istiqamət göstərilən dəstəyə də ictimai münasibət öyrənilib.

Sorğuda iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan xalqının və dövlətinin Türkiyəyə dəstəyini müsbət xarakterizə edib. Belə ki, iştirakçıların 99 faizi Azərbaycanın bütün imkanları ilə Türkiyənin yanında olduğunu bildirib. Onların cəmi 1 faizi Azərbaycanın Türkiyəyə yetərli dəstək göstərmədiyi mövqeyini bölüşüb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin