Millət vəkili Ziyafət Əsgərovun yeni vəzifəsinə etiraz etdi...

Hazırda oxunan: Millət vəkili Ziyafət Əsgərovun yeni vəzifəsinə etiraz etdi...

122986
"Hakimiyyətin bir qanadına, digər vəzifədəki şəxsin təyin olunması düzgün deyil. Onda belə çıxır ki, Milli Məclisin İntizam Komissiyasının tərkibinə bir nazir, bir prokurorluq əməkdaşı cəlb edilməlidir. Bu məhkəmələrin işinə müdaxilədir".

Moderator.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Ziyafət Əsgərovun Məhkəmə -Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ziyafət Əsəgərov birinci müavin kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır: “Ali Məhkəmənin sədri bu işi yerinə yetirə bilər. Məhkəmə-Hüquq Şurasının da üzvləri hakimlərdən ibarət olmalıdır. Biz mütləq bu qanuna yenidən baxmalıyıq. Bu konstitusiya pozuntusudur”x9d.

Millət vəkili Siyavuş Novruzov isə burada heç bir qanun pozuntusunun olmadığını bildirib.

Qısa müzakirələrdən sonra Z. Əsgərovun Məhkəmə- Hüquq Şurasının üzvlüyünə namizədliyi təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin