Bu gün və sabah ölkə ərazisndə güclü maqnit qasırğası proqnozlaşdırılır. Mütəxəssislərin rəyinə görə bu günlərdə qasırğanın gücü 4 bala qədər yüksələcək. Bu da normadan xeyli yüksəkdir.
Amma hazırda bu qasırğa ilə eyni vaxtda Abşeron yarımadasında güclü duman da var. Bəs, sıx duman qasırğanın gücünə hansı təsir göstərə bilər?
Suala aydınlıq gətirən həkim Rasif Bağırov Bizim.Media-ya bildirdi ki, biri var açıq havada gələn qasırğa, biri də var dumanlı havada gələn qasırğa:
MÖVZU İLƏ BAĞLI:
Bakını niyə duman bürüyüb? – SƏBƏBİ bəlli oldu
“Təbii ki, dumanlı havada gələn qasırğa müəyyən maneəyə rast gəlir. Havada nəmişlik çox olanda maqnit qasırğası daha da güclü olur. Amma duman sutka ərzində olmur. Günün müəyyən saatlarında duman çəkilir”.
Həkim bununla belə narahatçılığa əsas görmür:
“Maqnit qasırğası artıq adi təbiət hadisəsinə çevrilib. Bəzən ayın yarısı qasırğa ilə keçir. Və insanların orqanizmi artıq bu təbiət hadisəsinə öyrəşib. Hazırkı tibb elmində elə bir fakt yoxdur maqnit qasırğasından nə qədər insan həyatını itirildiyi qeyd edilsin. Bu sadəcə ehtimaldır. Ona görə də hazırda maqnit qasırğa daha çox ictimai xarakter daşıyır. Biz həkimlər bu məsələyə o qədər də ciddi yanaşmırıq. İnsanlar sadəcə özlərini psixoloji cəhətdən möhkəm tutmalıdırlar. Əsəbi zəif insan hər deyilənə inanır və bunun fəsadını özünün sağlamlığında axtarır. Bu da müəyyən problemlər yaradır”.
Surxay Atakişiyev, Bizim.Media