“Test sistemi Azərbaycanda özünü doğruldub, lakin...”x9d

Hazırda oxunan: “Test sistemi Azərbaycanda özünü doğruldub, lakin...”x9d

122918

Son günlər test sisteminin ləğvi ilə bağlı təkliflər səslənir.

Maraqlıdır, test sisteminin ləğvinə həqiqətən də ehtiyac varmı? Doğrudanmı Təhsil Nazirliyi bundan daha mükəmməl bir sistem ortaya qoya biləcək?

Moderator.az-a açıqlama verən  “Psixoqamma”x9dnın rəhbəri Limunət Əmrahlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu barədə həm təhsil strukturlarında, həm də cəmiyyətdə fərqli, mübahisəli yanaşmalar var. Hələlik Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı rəsmi sənəd qəbul olunmayıb. Bütövlükdə isə test sistemi Azərbaycanda özünü doğruldub, lakin bəzi məqamlar bu sistemin zəif tərəflərini göstərir. Birincisi, ali və orta təhsil müəsisələrində boş qalan yerlərə görə ilkin balların aşağı salınmasıdır. Bu halda, deməli buna biliyi çatan da, çatmayan da ali məktəbə qəbul olunur. Nəticədə 500-600 bal toplayan tələbələrlə 200 bal toplayanlar birgə təhsil alırlar. Peşə hazırlığı prosesi üçün bu, əlbəttə, bir sıra çətinliklər yaradır. Tədris prosesinin içində olanlar bunun nə demək olduğunu yaxşı bilirlər.

İkincisi, tələbələrin qabiliyyətlərinin müəyyənləşdirilməsindəki çətinliklərdir. Bildiyimiz kimi, bütün ixtisaslar üzrə qabiliyyətlər yoxlanılmır. Məsələn, müəllim ixtisasına qəbul edilənlər (musiqi və ÜTV istisna olmaqla) qabiliyyət imtahanı vermirlər, halbuki buna ciddi ehtiyac var. Təsəvvür edin, kiminsə nitqi qüsurludur, lakin yaxşı intellekti var. Test üzrə bal yığır, 400-500 balla müəllim ixtisası üzrə qəbul olunur. Bu kimi halların incələnməsinə ciddi ehtiyac var. Bildiyim qədər, bu sahədə hələ araşdırmalar gedir. Konkret bir nəticə yoxdur. Söhbət test üsulunun ləğvindən deyil, onun yeni formalarla keçirilməsindən gedir. Bizə isə qəbul ediləcək qərarların daha mükəmməl, daha yaxşı olacağını arzulamaq qalır”x9d.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin