İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi başlayıb.
Bizim.Media xəbər verir ki, bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür.
Onlardan 50 nəfərdən ibarət 10 ailə bu gün yola düşüb, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər.
Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur.
Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:35 / 28.02.2023
Ağalı kəndinə növbəti KÖÇ BAŞLADI
Hazırda oxunan: Ağalı kəndinə növbəti KÖÇ BAŞLADI
Hazırda oxunan: Ağalı kəndinə növbəti KÖÇ BAŞLADI
122911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.