Mədəniyyət işçilərinə yardım etməyə borclu olan komitə niyə gizlənib? – Vüqar Vüqarlıdan VİDEO MÜRACİƏT

Hazırda oxunan: Mədəniyyət işçilərinə yardım etməyə borclu olan komitə niyə gizlənib? – Vüqar Vüqarlıdan VİDEO MÜRACİƏT

122881

Tanınmış jurnalist Vüqar Vüqarlı  mədəniyyət işçiləri və onların həmkarlar komitəsini (Azərbaycan Mədəniyyət İşçiləri  Həmkarlar İttifaqının Respublika Komitəsi – red.) təndiq edib. 

Bizim.Media xəbər verir ki, V. Vüqarlı özünün “Instagram” hesabında bununla bağlı video müraciət yayımlayıb. 

“Adətən mədəniyyət sahəsində bir problem yaşananda iki istiqamətə yönəldilir, Heydər Əliyev Fonduna və ya Mədəniyyət Nazirliyinin birbaşa özünə. Əslində isə sayı 40 mindən çox olan mədəniyyət işçilərinin həmkarlar ittifaqı mövcuddur və hər ay bütün işçilərin əmək haqqlarından həmin ittifaqa müəyyən miqdarda pul köçürülür. Bəs, bu qurum nə işlə məşğuldur, qurumun rəhbəri kimdir? Bu pullar hara gedir, kimə gedir, bilinmir”. 

Jurnalist məsələ ilə bağlı müvafiq strukturlardan sözügedən komitəyə audit yoxlanışının təşkil edilməsini xahiş edib. 

Daha ətraflı videoda: 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin