İbtidai sinifdən sonra məktəbi dəyişdiyimə görə həmin məktəblə əlaqəm kəsilmişdi və illər sonra Məsmə Hacıyevanın adını xatırladanda doğrusu çox kövrəldim. Telefonunu alıb Naxçıvana zəng etdim və onun üçün də çox maraqlı sürpriz oldu. Yenə də məktəbdə dərs deyir, uşaqları öyrədir. Xatırlayırm, çox tələbkar müəllim idi və ilk dəfə müəllimliyə bizim sinifdən başlamışdı. Mənə ilk və son 2-ni də, ilk 5-i də o verib. Bütün çıxışlarımı izlədiyini, yazılarımı oxuduğunu və qürur duyduğunu söylədi. İnsan üçün bundan gözəl nə mükafat ola bilər?
Allah hər birimizə üzərimizdə haqqı olan müəllimlərimizin təqdirini qazanmağı qismət etsin. Söz verdim ki, bu dəfə yolum düşəndə mütləq ziyarət edəcəyəm. Yeri gəlmişkən, ötən günlərdə qocaman dostlarımın birinə müəllim deyə müraciət edəndə, zarafatla demişdi ki, biz qardaşıq, nə müəllim deyə müraciət edirsən.
İzah etdim ki, çox ciddi bir məsələni mən səndən öyrənmişəm, ona görə də kimdənsə nəyisə öyrənirsənsə, müəllim deməkdən çəkinmək lazım deyil. Mənə əlifbanı öyrədən, təhsilin sirlərini aşılayan Məsmə müəlliməyə də ömrüm boyu əvəzi ödənməyəcək bir minnətdarlıq borcum var. Allah üzərimizdə haqqı olan bütün müəllimlərimizi qorusun!"
Fazil Mustafa, millət vəkili



































































































