Avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz keçirlər - İspaniyalı jurnalist

Hazırda oxunan: Avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz keçirlər - İspaniyalı jurnalist

122841

“Biz Azərbaycana ilk dəfədir səfər etmişik. Bura nəyin baş verdiyini görmək üçün gəlmişik. Burada insanların etiraz aksiyası keçirdiyini görürük”.

Bizim.Media xəbər verir ki, bu sözləri Laçın-Xankəndi yolunda keçirilən ekoaksiya ərazisinə gələn ispaniyalı jurnalist David Lopez Frias Gordon söyləyib.

“Azərbaycandan bir çox insanlar bizə yayılan xəbərlərin yalan olduğunu söyləyirlər. Biz burada bunun bir daha şahidi olduq. Avtomobillər buradan maneəsiz şəkildə keçir. Biz, sadəcə, insanların təbiəti qorumaq üçün etiraz aksiyası keçirdiklərini görürük”, - deyə jurnalist vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin