BİZİM TƏQVİM: 35 il əvvəl Sumqayıt hadisələrini kim PLANLAŞDIRMIŞDI?

Hazırda oxunan: BİZİM TƏQVİM: 35 il əvvəl Sumqayıt hadisələrini kim PLANLAŞDIRMIŞDI?

122827

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər böyük iğtişaşlar törədib. Baş baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Bu hadisələr də SSRİ DTX-nın ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. 

Mövzu ilə bağlı bu gün araşdırmamız olacaq.

Bəs, fevralın 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 1835-ci ilin 28 fevralında finlərin “Kalevala” eposunun ilk çap toplusu işıq üzü görüb. Fin xalqı hər il fevralın 28-ini Kalevala Günü olaraq qeyd edir.

2. 28 fevral 1922-ci ildə Misir Birləşmiş Krallıqdan ayrılaraq müstəqilliyini elan etdi.

3. 1940-cı ilin 28 fevralında dünyada ilk dəfə televiziyadan birbaşa translyasiya oldu.

4. 1945-ci ilin 28 fevralında Türkiyə Birləşmiş Millətlər Təşkilatının bəyannaməsini imzaladı.

5. 1986-cı il fevralın 28-də Avropa İttifaqının yaradılması haqqında akt imzalandı. Həmin sənədə əsasən, 1987-ci il iyunun 1-də Avropa ölkələrinin bəzi kommunikasiya sahələri və idarələri birləşdirildi.

6. 1992-ci ilin 28 fevralında müstəqil Azərbaycan ABŞ, Hindistan və Nepalla diplomatik əlaqələr qurub.

28 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycanda riyaziyyat elminin banilərindən biri, akademik İbrahim İbrahimov 1912-ci ilin 28 fevralında anadan olub. Onun tədqiqatları riyaziyyatın funksional nəzəriyyəsilə bağlıdır. Görkəmli alimin bir çox elmi əsəri dünyanın müxtəlif ölkələrində çap olunub.  Ali məktəblər üçün yazdığı “Ədədlər nəzəriyyəsi”, “Sıralar nəzəriyyəsinin əsasları”, “Riyazi analiz kursu” dərslikləri İbrahim İbrahimovun Azərbaycan elmi, pedoqoji kollektivinə qiymətli töfhələrdir. (1912-1994)

2. 28 fevral 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən ilk Türkiyə yazıcısı Yaşar Kamal dünyadan köçüb. Türkiyədə aldıqları ilə yanaşı, Yaşar Kamal “Cino del Duca”, “Legion d’Honneur”, “Premi İnternacional Catalunya”, Almaniya Kitab Evləri İttifaqı Frankfurt Kitab Sərgisi Sülh mükafatı kimi 20-dən artıq beynəlxalq mükafat qazanıb.

3. Qazax akını-şairi Cambul Cabayev 28 fevral 1846-cı ildə anadan olub.

4. Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, AYB-nin üzvü, Əməkdar İncəsənət xadimi, Azərbaycan SSR xalq yazıçısı Ənvər Məmmədxanlı 28 fevral 1913-cü ildə dünyaya göz açıb. 
5. Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti Nəzakət Məmmədova 1944-cü ilin məhz bu günündə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin