Universitetlərdə təqaüd yerlərinin sayı azaldılmayıb - Emin Əmrullayev

Hazırda oxunan: Universitetlərdə təqaüd yerlərinin sayı azaldılmayıb - Emin Əmrullayev

122819

“Universitetlərdə təqaüd yerlərinin sayı azaldılmayıb”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev keçirdikləri brifinqdə qeyd edib.

Nazir bildirib ki, hər iki tələbədən biri təqaüd alır:

“Bu ayrı-ayrı illər üzrə fərqlənir. Əvvəlki illərdə dövlət sifarişli yerlərdən əlavə 15 faiz ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd verilirdi.

Dövlət sifarişli yerlərin sayı artdığı üçün əlavə təqaüdlərin sayı azalıb. Yəni o təqaüdlər dövlət sifarişi ilə qəbul olanlara yönəlib. Bir sözlə rəqəmlər dəyişməyib. Bu həmişə 50 faizdir. Belə izah edim, əgər 220 min tələbəmiz varsa, onun 110 mini təqaüd alır", - deyə nazir vurğulayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin