Bakını niyə duman bürüyüb? – SƏBƏBİ bəlli oldu

Hazırda oxunan: Bakını niyə duman bürüyüb? – SƏBƏBİ bəlli oldu

122815

Bu gün səhər saatlarından etibarən Abşeron yarımadasında dümanlı hava şəraiti hökm sürür. Bununla bağlı avtomobil yollarında sürət həddi aşağı salınıb. 

Bəs, Bakı üçün xarakterik olmayan sıx dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, dumanlı hava şəraiti martın 1-nə, günün birinci yarısına qədər davam edəcək:

“Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında cənub küləyi üstünlük təşkil edəcək. Martın 1-də, günün ikinci yarısında artıq külək istiqamətini dəyişərək şimal-qərb küləyi ilə əvəz olunacaq. Ayın 2-də də şimal-qərb küləyi əsməkdə davam edəcək. Amma yaxın 2 gündə fasilələrlə dumanlı hava şəraiti davam edəcək”.

Asif Verdiyev dumanlı hava şəraitini bununla izah edib:

“Duman sinoptik hava şəraiti ilə əlaqədardır. Xəzər dənizi üzərindəki dumanlı hava şəraiti yaranır. Cənub-şərq küləyinin Abşeron yarımadası istiqamətində əsməsi nəticəsində həmin dumanlı hava yarımadaya daxil olur. Eyni zamanda, gecə və səhər saatlarında havanın soyuması hesabına yerin təbəqəsində yeni hava axının yaranması sıx dumana səbəb olub”.






Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin