Sabirabadda FACİƏ – Oğul anası ilə birlikdə atasını qətlə yetirdi

Hazırda oxunan: Sabirabadda FACİƏ – Oğul anası ilə birlikdə atasını qətlə yetirdi

122783

Sabirabad rayonunda ailə faciəsi yaşanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, ötən gün Sabirabadda 19 yaşlı oğlan anası ilə birlikdə atasını qətlə yetirib.

Belə ki, araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayonunun Moranlı kəndində baş verən cinayəti 19 yaşlı İlkin İbadlı tək törətməyib. Ona bu işdə anası yardım edib. 

O, anası Dilarə ilə birlikdə atası Adil İbadovun başına taxta parçası ilə xəsarət yetirib. Nəticədə kişi aldığı xəsarətdən ölüb.
Məlumata görə, Adil İbadov ruhi xəstə olub.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin