“Adnan Oktardan çox danışmayacaqlar ki...”x9d

Hazırda oxunan: “Adnan Oktardan çox danışmayacaqlar ki...”x9d

122770
 Son zamanlar mətbuatda, xüsusən də onlayn  mediada dini mövzuların müzakirəsi, ayrı-ayrı təriqətlər arasındakı müxtəlif mühakimələr get-gedə artır. Media orqanları gündəm yaratmaqdan ötrü bu mövzularla bağlı mübahisələri işıqlandırmaqdan çəkinmirlər. 

Moderator.az saytı da sırf bunun xeyir və ziyanı ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, ilahiyyatçı alim, ərəbşünas, filologiya elmləri doktoru İdris Abbasovla söhbətləşib. 


- Son zamanlar dini mövzular mətbuatda daha çox müzakirə edilir. Sanki yalandan gündəm yaratmaq, qıcıqlandırmaq üçün bəzi iddialar ortaya atılır. Bir mütəxəssis kimi bu barədə nə deyə bilərsiz?


- Dinin ana qayəsi inancdır. Qeydsiz-şərtsiz inanc! İnsan fitrətinin ayrılmaz hissəsi olan bu duyğunu inkar etmək mümkün deyildir. İstər ibtidai, istər milli, istərsə də səmavi dinlərin mahiyyəti məhz inancla yoğrulub. Ehtiram, qayğı, şəfqət, rəhmət, mərhəmət, yaxşılıq etmə, köməyə yetişmə, adil və alicənab olmağın kökündə inanc  dayanır. Yenə də acgözlük, tamahkarlıq, paxıllıq və başqasının malına göz dikməkdən uzaq durmağın çarəsi inancdır. İnanclı insan şəxsi marağı üçün gələcək nəsli şikəst etməz. Məsələn, humanitar elmlər sahəsində çalışan bir şəxs kimi deyə bilərəm ki, inanclı alim millətin gələcəyi olan elmi ayaqlar altına atmaz, elmi-tədqiqat müəssisələrində mənsub olduğu xalqın övladlarının savadsız olmasına laqeyd yanaşmaz, yaxud, elmi mahiyyətdən uzaq dissertasiyaların müdafiəsinə rəvac verməz, önəmli post tutduğu halda, “əsəblərimi qoruyuram”x9d deyib ölkənin elmsizlik dalanına dirənməsinə göz yummaz. Bir sözlə, insanı qurub-yaradıcı qüvvəyə çevirən şeyin adıdır inanc. Tarixin sahibi inanclı xalqlar olub. İnsana doğru yolu göstərən, humanizmə sövq edən bütün dinlər və inanclar faydalıdır.

Dini mövzularla gündəm bəzəməyə gəlincə, həqiqətən bu, son vaxtlar az qala bir ənənə halını alıb. Əlbəttə, dini mövzularda danışmaq qəbahət deyil. Problem əllaməlikdə və müqəddəs mətnlərlə manipulyasiya etməkdədir. Dini mətnlərə paranoik münasibət bəsləyərək inancı zədələməyə xidmət edən həmin “gündəmçilər”x9d xəstə təfəkkürün təmsilçiləri ola bilər. Belə xəstələr nəinki kainat nizamını, hətta cəmiyyətin nizamını belə dərk etməkdən məhrumdurlar.

- Qeyri-peşəkar din xadimlərinin mediada ağız dolusu İslamdan danışması, onların təbirincə desək, “səhvləri”x9dqabartmaları, sizcə, nə dərəcədə doğrudur?

- Hamıya məlumdur ki, İslam bəşəriyyətə yeni bir sivilizasiya bəxş edib və bundan əksər xalqlar və millətlər faydalanıblar. Dünyada İslami ehkamları qərəzsiz, düzgün anlayıb öz həyatında tətbiq edən neçə-neçə müsəlmanlar və qeyri-müsəlmanlar vardır və onlar heç də İslamdan ağızdolusu danışanlardan deyillər. Maraqlıdır ki, həmin insanların çoxu mədəni cəhətdən inkişaf etmiş ölkələrin sakinləridir. Bizdə söz azadlığıdır. Hər kəs istədiyi dini və qeyri-dini mövzuda danışa bilər. Əlbəttə ki, qeyri-peşəkar din xadimlərinin mediada ağızdolusu İslamdan danışmasının heç bir əhəmiyyəti olmaz. İndiki dövrdə moizə etməklə hansı problem həllini tapır ki?! “Kanal 9”x9d rəzalətinin banisi Adnan Oktardan da çox danışmayacaqlar ki! Danışdı, hətta kitabları dilimizə tərcümə olundu, yayıldı. Bəs sonu nə oldu? İndi “kedilər”x9di başına yığıb imanın bərəkətindən bəhs edir. Çox ayıbdır və İslama həqarətdir. Təcrübə göstərir ki, çox danışmaq, vəz etmək əvəzinə iş görmək, yəni dini öz həyatında yaşamaq və başqalarına nümunə olmaq lazımdır. Bu yerdə Seyid Əzimin XIX əsrdə söylədiyi fikir öz aktuallığını qoruyub saxlamaqdadır:

Bir deyən yoxdur, ey imami-şərir, 
Edəcəksən nə vəqtədək təzvir? 
Tutalım elmə olmusan vasil, 
Bizə bu elmdən nədir hasil? 
Hansı nadanı alim etdin sən? 
Hanı islam üçün sərəncamın? 
Yerə girsin o müctəhid namın! 

İnsanlar nəfislərinə yenilib. Allaha qarşı çıxmağa başlayıblar. Onlar müxtəlif qiyafələrdə İlahi aksiomanı inkar etməyə, cəmiyyət intizamının rəhni olan inancı zədələməyə çalışırlar. Çox uğursuz bir cəhddir.

- Ümumiyyətlə, mediada şəriət və Qurandan danışan din xadimlərinin, ilahiyyatçıların hamısının fikirlərində, mütləq, haradasa səhv tapılır. Bu onu, o bunu inkar edir. Bu,inkaretmə, bir-birilərini bəyənməmək  haradan qaynaqlanır?

- İstənilən bir mövzuda danışan şəxsin fikirlərində nisbi mənada yanlışlıqların olması labüddür. Yetər ki, bu səhvlər fundamental səhvlər olmasın. Siz şəriət və Quran dediniz. Belə anladım ki, ilahiyyatçıların və din xadimlərinin İslam ehkamlarından, Qurani-Kərimdən və şəriətdən bəhs etmələrini nəzərdə tutursunuz.

Xatirinizdədirsə, əvvəllər Azərbaycanda din haqqında yalnız bir televiziya verilişi var idi. O zaman professor Vasim Məmmədəliyevin hər həftənin cümə axşamı günləri apardığı “Haqqın dərgahı”x9d verilişi ümumrespublika səviyyəsində şöhrət tapmışdı və demək olar ki, hamı tərəfindən sevilirdi. Səhv etmirəmsə, həmin veriliş bu gün də davam edir. Klassiklik status qazanmış həmin veriliş ölkəmizdə İslamın sevdirilməsi istiqamətində əvəzsiz bir layihə idi. İnsanların təsəvvüründə dinin saf, təmiz, ülvi mahiyyəti canlanırdı. Bu mənada Vasim Məmmədəliyevin rolunu danmaq olmaz. Onun dini çıxışlarının elmi və milli koloriti xüsusi əhəmiyyət kəsb edir və hesab edirəm ki, milli-dini şüurun formalaşmasında bu istiqamətin böyük rolu vardır. Mən şəxsiyyəti bütləşdirməyin qəti əleyhinəyəm. Fəqət ağa ağ, qaraya qara demək lazımdır. İndi “ilahiyyatçı”x9d, “din xadimi”x9d, “şair-şəriətçi”x9d, “Quranşüns”x9d, “müctəhid”x9d, “hərşeyşünas”x9d, Seyid Əzim demişkən, “Əlli min seyyidü-axud-tələbə, Əllidərviş, əlli mərsiyəxan, Hamının sözləri tamamı yalan”x9dvə s. baş alıb gedir. Hərə bir avaz çalır. Nəticə isə acınacaqlı olur. İçərimizdən nisbətən zəifləri bu yolla aldadıb ən müxtəlif zərərli təriqətlərə qoşurlar və bu minvalla ölkənin bütövlüyü üçün real təhlükə yaranır. Praktika göstərir ki, çeşidbəçeşid dini titullar altında mediada Qurandan, şəriətdən, ümumiyyətlə, dindən vəzedənlərin, ağızdolusu Quranı “düzgün”x9d təfsir edənlərin zərəri xeyrindən qat-qat çoxdur. 
Rəzalət karvanının modern sarvanları əsrlər boyu bəşəriyyətin hidayətçırağı olmuş Qurani-Kərimi təftiş  etməyə, orada özlərinin dərk etdikləri cin-şəyatini axtarmağa, “qrammatik xətalar”x9d kəşf etməyə çalışıblar. Bu mövzunu qaldıranlara bir sualım var: Bütün dünyanı heyrətə salan, elm və mədəniyyət sahəsində misilsiz dühalar yetişdirən İslam sivilizasiyası, bəyəm, bu gün sizin etdiyiniz kimi, mahiyyətinə varmadan cin, xoxan axtarışında olub? Yoxsa hansısa bir elm adamının dilindən cin haqqında bir söz qoparıb onu şouya çeviriblər? Əsla! 


- Həqiqətənmi bizdə peşəkar ilahiyyatçı qıtlığı var?

- Deməzdim. Çünki“peşəkar fəlsəfə doktoru”x9d, “peşəkar elmlər doktoru”x9d və s. anlayışları kimi“peşəkar ilahiyyatçı”x9d məfhumu da nisbidir. Diplom, yaxud attestata görə deyirsinizsə, bizdə digər elm sahələrində olduğu kimi, ilahiyyat sahəsində də mütəxəssislər həddən artıq çoxdur, hərçənd ki, ilahiyyat Azərbaycanda nisbətən gəncdir. Bircə məsələni deyim ki, Azərbaycanın təhsil sistemində orta ümumtəhsil məktəbini orta səviyyədə bitirən məzun kifayət qədər dini bilgilərə malik olmaq iqtidarındadır. Hətta ibtidai sinif dərsliklərində, xüsusən, “Həyat bilgisi”x9d fənnində dinlər haqqında o qədər gözəl, anlaşıqlı və yığcam məlumatlar verilir ki, dünyanın hər hansı bir ölkəsində “təhsil”x9d almış və hazırda fəaliyyətdə olan ruhaninin, hətta diplomlu ilahiyyatçının, höccətül-islam və-l-müsliminin və sairədən xəbəri yoxdur. Ona görə də biz yalnız təhsilin, elmin qayğısına qalmalıyıq, elmininkişafıüçün real işgörməliyik. Qalan şeylər öz-özlüyündə düzələcək. 

- Bu gün ilahiyyatçı və din xadimlərinin mediada dini təftişetmə kontekstindən çıxış etmələri cəmiyyəti maarifləndirəcəkmi? Siz nəyi tövsiyə edərdiniz?

- Fikrimcə, bu qəbildən olan insanların dini və müqəddəs kitabları, xüsusilə Quran ayələrini təftişetmə savaşına çıxmaları cəmiyyət üçün yaxşı heç nə vəd etmir. Əksinə, müzakirəyə çıxarılan mövzular insanları çaşdırır və onlar düzgün seçim etməkdə çətinlik çəkirlər. Çünki hər iki tərəf öz müddəalarını sübut etmək üçün dəridən-qabıqdan çıxır, ən müxtəlif bəlağət üsullarından və təsiretmə metodlarından istifadə edirlər. Bu gün övladlarımızın maariflənə biləcəyi, insan kimi tərbiyə alacağı və layiqli vətəndaş kimi yetişəcəyi ideal məkan ailə və məktəbdir. Bu iki qurumun sağlam təməllər üzərində qurulması və qorunması bütün moizələrin, vaizlərin, əllaməliklərin fövqündə dayanır.

Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin