Elnur Əliyevin həbsi ilə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Elnur Əliyevin həbsi ilə bağlı YENİ XƏBƏR 

122762

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin sabiq müdiri İlkin Nəsibov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, İlkin Nəsibovun həbs müddəti 4 ay uzadılıb.

Nazirlikdə keçirilən əməliyyat zamanı həbs olunmuş sabiq nazir müavini Elnur Əliyevin cinayət işi üzrə də ibtidai istintaqı davam edir. Onun barəsində ibtidai istintaq dövründə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilib.

Əməliyyat zamanı nazir müavini Elnur Əliyev və Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin