Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün elan olunan sükut dəqiqəsində Xocalı sakinləri də iştirak ediblər.
Bizim.Media xəbər verir ki, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş Murad Hüseynov AZƏRTAC-a müsahibəsində buraya dinc aksiyanın iştirakçılarına dəstək olaraq gəldiklərini bildirərək deyib.
“Mən 1983-cü ildə Xocalı şəhərində anadan olmuşam. Xocalı soyqırımı zamanı hər iki valideynim şəhid olub. Xocalı soyqırımı zamanı ümumilikdə 25 uşaq hər iki valideynini itirib.
Həmin 25 uşaqdan 3 nəfər bu gün Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyanın iştirakçılarına dəstək olmaq üçün buradadır. Aksiyada ekoloji terrora son qoyulması ilə yanaşı, Xocalıya dair də şüarlar səsləndirilir. Biz ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya ədalət də tələb edirik”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:44 / 27.02.2023
Xocalı sakinindən ermənilərin ekoloji cinayətləri ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Xocalı sakinindən ermənilərin ekoloji cinayətləri ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Xocalı sakinindən ermənilərin ekoloji cinayətləri ilə bağlı AÇIQLAMA
122695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.