Fevralın 26-da saat 17:00-da Ağdam şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bizim.Media xəbər verir ki, şəhərin küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:38 / 26.02.2023
Ağdam şəhərində Xocalı qurbanları bir dəqiqəlik sükutla yad olundu - FOTO
Hazırda oxunan: Ağdam şəhərində Xocalı qurbanları bir dəqiqəlik sükutla yad olundu - FOTO
Hazırda oxunan: Ağdam şəhərində Xocalı qurbanları bir dəqiqəlik sükutla yad olundu - FOTO
122671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.