Türkiyənin Kahramanmaraş şəhərində çalışan azərbaycanlı könüllü həkimlər və gənclər burada yerləşən Xocalı abidəsinin ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Soyqırımın nəticəsində həlak olanların ruhu ehtiramla anılıb.
Bizim.Media xəbər verir ki, günün birinci yarısında şəhər ərazisində işləyən könüllü gənclər, FHN-in ərazidə qurduğu səhra hospitalında, nazirliyin tibb personalı ilə birgə çalışan könüllü həkimlər abidəni ziyarət ediblər. Həmçinin azərbaycanlılarla yanaşı yerli əhali də anım mərasimində olub.
Ziyarətçi Ertuğrul Umutlu burada faciənin ildönümünün anıldığı bildirib.
Öz acıları çəkilməz olduğu halda abidə önünə gələn həmsöhbətimiz Türkiyənin çox şəhərində abidənin inşa edildiyini diqqətə çatdırıb:
"Zamanla hər yerdə erməni terrorunu gördük. Biz bir ailənin iki oğluyuq. Sizin başınıza gələnlər bizim də dərdimiz sayılır. Həmin dövrlər yaşım az olub. Mənim kimi düşünən çox insan var.
Can Azərbaycana hər hansısa bir təhdid olarsa, könüllü gedib qardaşlarımızın yanında olmağa hazırıq. Bütün xalqımızın başı sağ olsun, şəhidlərimizə rəhmət diləyirəm", deyə Ertuğrul Umutlu bildirib.
Xatırladaq ki, Xocalı abidəsinin yaxınlığındakı Xocalı parkında da çadırlar qurulub.
Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 26.02.2023
Kahramanmaraşda Xocalı abidəsi ziyarət edildi - FOTO
Hazırda oxunan: Kahramanmaraşda Xocalı abidəsi ziyarət edildi - FOTO
Hazırda oxunan: Kahramanmaraşda Xocalı abidəsi ziyarət edildi - FOTO
122670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.