Sabirabadda oğul atasını öldürdü

Hazırda oxunan: Sabirabadda oğul atasını öldürdü

122630

Fevralın 24-də Sabirabad Rayon Polis Şöbəsinə rayonun Moranlı kənd sakini Aqil İbadovun müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-i isə Bakı şəhəri Respublika kliniki xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi ilə bağlı məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla bağlı Sabirabad RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, İ.İbadlı bir neçə gün əvvəl atası ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya taxta parçası ilə baş nahiyəsindən xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin