Biləsuvarda məktəb direktoru ilə müəllim arasındakı İNSİDENTİN TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Biləsuvarda məktəb direktoru ilə müəllim arasındakı İNSİDENTİN TƏFƏRRÜATI - VİDEO

122621

Xəbər verdiyimiz kimi, Biləsuvar rayon Ovçubərə tam orta məktəbində, direktor əvəzi Üzeyir Eyvazovla riyaziyyat müəllimi Rasim Əmirov arasında insident yaşanıb. İnsident zamanı tərəflər bir-birinə təhqiredici  ifadələr işlədiblər. Məktəb şagirdlərinin gözü qarşısında baş verən hadisə müəlimlərin biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayımlanıb. 

Hadisənin təfərrüatlarını öyrənmək üçün Bizim.Media-nın əməkdaşları qalmaqal baş verən məktəbdə olub.

Məktəbin direktor əvəzi Üzeyir Eyvazov bildirib ki, hadisə dərs prosesi zamanı baş verib:

“Belə ki, Rasim müəllim səhhəti ilə əlaqədar çölə çıxıb. Bu zaman mən siniflərdə dərs prosesini müşahidə edərkən riyaziyyat sinfində müəllimin olmadığını gördüm.
Ona dedim ki, tez-tez dərs prosesini pozub çölə çıxırsan. Belə davam edərsə, direktor müavininə göstəriş verəcəyəm ki, sənin əmək haqqından müəyyən məbləğ tutulsun. 

Bundan sonra aramızda anlaşılmazlıq yarandı və bu hadisə baş verdi.

Dərs vaxtı müəllim sinifdə olmalıdır, zəng içəri vurulanda mən sinifləri yoxlayıram. Müəllimi sinifdə görməyəndə təbii ki, bu, məni narahat edir. Mən müəllimi çöldə görəndə onu otağa çağırdım və sual verdim ki, niyə siz dərs vaxtı çöldəsiz.

O, səhhəti ilə əlaqədar hava almaq üçün çölə çıxdığını dedi”.

Üzeyir Eyvazov direktor əvəzi təyin olunduğu vaxtdan bu yana Rasim müəllimlə vaxtaşırı belə münaqişələrin olduğunu bildirdi.

Rasim Əmirov isə deyir ki, koronavirus xəstəliynə tutulandan sonra onun nəfəs almasında problemlər yaranıb. Hazırda o, müalicə alır və insident baş verən günü də özünü pis hiss etdiyi üçün yaxında yerləşən evlərinə gedib dərman qəbul edib. Sonra məktəbə qayıdan Rasim müəllim on dəqiqə hava almaq üçün çöldə gözləyib.

Bu zaman ona Üzeyir müəllim yaxınlaşaraq bildirib ki, tez-tez çöldə durursan və səni digər müəllim çəkib lazım olan ünvanlara göndərir.
Rasim müəllim Üzeyir müəllimdən kimin şəkil çəkdiyini soruşub. 

O, tarix müəlliməsinin adını çəkib. Məhz biabırçı durum da üzləşmə zamanı meydana gəlib.

Məsələyə Şirvan-Salyan Reqional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorundan münasibət bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin