Dahi rəhbərin yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

Hazırda oxunan: Dahi rəhbərin yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

122588

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyalarına başlanıb.

Bizim.Media xəbər verir ki, Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ilk ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun zeytun və şam ağacları əkilib.

Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin rəhbərliyi və kollektivi fəal iştirak edib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Yubiley tədbirləri çərçivəsində digər idarə və müəssisələr, hidrotexniki qurğuların ərazilərində də ağacəkmə aksiyaları keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin