Ərazisi işğal altında olan Laçın rayonda ən çox diqqət yönəldilən məsələlərdən biri də yeniyetmə və gənclərin ali hərbi məktəblərə istiqamətləndirilməsidir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Qarabağ müharibəsinin fəal iştirakçısı, ziyalılığı və səmimiyyəti ilə hamıdan fərqlənən Akif Səlimov vəzifəsinin icrasına başladığı ilk günlərdən etibarən yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların ali hərbi məktəblərə istiqamətləndirilməsi istiqamətində fəal şəkildə təbliğat işinin aparılmasına ciddi ehtiyac olduğunu bildirmiş və bu yöndə bir sıra təşəbbüslərlə çıxış etmişdir. Dövlət səviyyəsində dəstəklənmiş bu təşəbbüslər artıq öz bəhrəsini vermiş, hazırda onlarla laçınlı gənc ölkəmizin ali hərbi təhsil müəssisələrində təhsil alırlar.
Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun təşəbbüsü ilə “Hər laçınlı ailəsindən orduya bir zabit”x9d devizi reallaşdıqdan sonra ali hərbi məktəblərə qəbul olan laçınlı gənclərimizə və onların ailələrinə mütəmadi maddi köməkliklərin göstərilməsi qərara alınmış, hazırda onlara müntəzəm olaraq müəyyən köməkliklər göstərilir.
Gələcəyimizin peşəkar hərbçiləri kimi yetişən bu laçınlı gənc müdavimlərimiz hər dəfə öz ailələrinə baş çəkməyəndə gələndə hərb sənətinə ürəkdən bağlı olan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovla görüşür, ondan lazımi məsləhət və tövsiyələr alırlar.
Belə müdavimlərdən olan, hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kursunda təhsil alan Laçın rayon sakini Həsənov Asiman Dayandur oğlu 2016-cı il 20 fevral tarixdə atası ilə birlikdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovla görüşmüş, hərb sənətinin incəliklərinə yiyələndiyinə nail olduğuna görə rayon rəhbərinə dərin minnətdarlığını bildirib.
Gənc müdavim bildirib ki, ali hərbi təhsil müəssisələrinə qəbul olan laçınlı gənclərimizin sayı ilbəil çoxalsın, bizlər də bu əhəmiyyətli məsələdə real işlər görən Akif müəllimə cansağlığı və uğurlar arzulayaq. İnşallah, torpaqlarımızın yağı düşməndən əbədi olaraq təmizlənməsində laçınlı zabitlərimizin xidmətləri ilə fəxr edərik.

































































































