Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Hazırda oxunan: Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

122515
Azərbaycan tarixinin ən ziddiyyətli şəxslərindən biri də Mircəfər Bağırovdur. Onun ünvanına “yaxşı, ləyaqətli insan”x9d sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü “məni güllələmək azdır, məni dörd hissəyə bölmək lazımdır”x9d, deyən Bağırovun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri qətiyyətlilik, o biri isə çox ciddi şəkildə namus təəssübkeşliyi idi.

Moderator.az saytının təqdim edəcəyi xatirələrdə bu detal öz xa0təsdiqini tapır. Xatirələr Sədnik Paşa Pirsultanlının "Mir Cəfər Bağırov yaddaşlarda" kitabından götürülüb.xa0

“Müharibənin qızğın vaxtında Bağırov 416-cı Taqanroq diviziyası ilə görüşə gedir. Ayrılarkən əsgərlərə “kimin nə sözü var”x9d deyə, müraciət edir.

Gənc bir əsgər əlindəki məktubu ona uzadır. Mircəfər soruşur:

- Məktubda nə yazılıb?

- Sizdən utanıram, yoldaş Bağırov.

- Yenə soruşuram, orada nə yazılıb?xa0

Oğlan utana-utana Bağırova həqiqəti detir:

- Yevlaxın kəndindənəm. Mən cəbhəyə gəlməmişdən 6 ay qabaq toyumuz olmuşdu. Əsgərliyə gələndən sonra rayonumuza gələn milis rəisi nişanlımı görüb, ona gözü düşüb. xa0Həmin gündən kənd sovetini və kolxoz sədrini gözümçıxdıya salıb ki, o gəlini mən düzəltməsəniz hər ikinizi ya cəbhəyə göndərəcəyəm, ya da həbs etdirəcəyəm. O gündən kolxoz sədri ilə kənd soveti qıza yalvarır ki, onsuz da yoldaşın cəbhədən qayıdan deyil. Sən ona razılıq ver, bizi də qana-qadaya salma. Nişanlım (əslində arvadıdır. Sadəcə Bağırovdan utanaraq elə deyir) xa0da razı deyil. Məktubda yazır ki, özümü öldürməkdən başqa çarəm qalmayıb.

Mircəfər Bağırov oğlanı təyyarə ilə vətənə gətirir, milis rəisini, sədrləri və gəlini çağırır, hər şeyin doğru olduğunu biləndən sonra milis rəisini kəndin ortasında camaatın gözü qarşısında güllələyir, kolxoz sədrini və kənd sovetini döyüşün ön xəttinə göndərir. Gənc əsgərə deyir:

- Bu qeyrətli gəlinin məktubuna görə səni gətirdim. Səni öz kəndinə kolxoz sədri qoyuram. Bayaq gördüyün hadisə sənə ibrət olsun. Hər bir ailəyə namusla, qeyrətlə yanaş, hamıya o qeyrətli qadının kimi münasibət bəslə.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***** xa0

Mircəfər Bağırovun xa0məhkəməsi aparılanda ondan şikayət edən adamların heç birinin üzünə baxmazmış. Yalnız bircə dəfə gənc bir qadın ondan şikayət edən zaman Bağırov onun üzünə baxır. Gənc qadın ondan soruşur ki, nəyə görə onun filan vaxtda nazir olan ərini güllələyib?

Bayaqdan susan Bağırov deyir:

- O suala mən yox, filan ünvanda yaşayan qadın cavab verə bilər.xa0

Məhkəmədə fasilə elan olunur. Həmin qadını tapıb məhkəmə zalına gətirirlər. Qadın içəriyə girər-girməz ittiham kürsüsündə oturan Bağırova yaxınlaşaraq onun əlini öpür və sözə başlayır.

- Bu qadının əri nazir idi. Qızım da əlacsızlıqdan həmin nazirlikdə işləyəsi oldu. Sonra həmin nazir onu gördü, bəyəndi. Məcbur etdi ki, onun katibəsi kimi çalışsın. Qızım günlərin birində nazirin onu korladığını dedi. Mən də yoldaş Bağırova ərizə yazdım. Üçümüz birlikdə həmin nazirin kabinetinə girdik. Nazir yoldaş Bağırovu görən kimi qorxusundan yalvarmağa başladı. Məsələnin nə yerdə olduğunu bildi. Amma yoldaş Bağırov onu bağışlamadı, otağın küncündə güllələdi.xa0

Bunu deyəndən sonra bayaq şikayət edən qadın Bağırovdan üzr istədi.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 *****

Mircəfər Bağırov pambıq yığımını yoxlamaq üçün xəbərsiz rayonların birinə xa0gedir. Bu zaman rayon qabaqcıllarından olan Bəsti Bağırova onu qarşılayır, çaya dəvət edir. Çay süfrəsində Bağırovla yanaşı Bəstinin əri Qasım da oturur. Süfrəyə çayı Bəsti gətirirmiş. Bu zaman Bağırov onu diqqətlə seyr edir. Fikirləşir ki, Bəsti görəsən çayı ilk olaraq kimin qabağına qoyacaq. Bir də görür ki, budur, Bəsti birinci stəkanı əri Qasımın, ikincini isə Bağırovun qarşısına qoydu.

Bu Bağırova çox xoş gəlir və xa0ucadan “Əhsən sənə, Bəsti”x9d deyir.

xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0****

Bağırov yağışlı gündə rayonların birindən Bakıya qayıdırmış. Qəfildən xa0görür ki, yolun ortasında üç azyaşlı uşağı ilə bir qadın dayanıb və yağışa baxmayaraq yoldan keçən tək-tük maşınlara və adamlara əl açıb dilənir. Maşını saxlatdıraraq qadından soruşur:

- Bacı, niyə dilənirsən, dərdin nədir, de, bəlkə bir çarəsi olar.

- Qardaş, sən mənim dərdimə çarə edə bilməzsən. Bağırov yoldaşımı heç nədən, günahı olmadan həbs etdirib. Mən də dilənib pul yığıram ki, Bakıya gedim, onun qəbuluna düşüm.

- Ay bacı, kimdi yoldaşın, nə üstə tutulub? De, bəlkə sabah evinə qayıtdı.

- Qardaş, onu ancaq Bağırov evinə qaytara bilər. Mən də pul yığa bilmirəm ki, gedim onun qəbuluna.

Nə isə Bağırov özünü tanıtmadan qadının ərinin kimliyini öyrənir və Bakıya çatan kimi araşdırmağa başlayır. Məlum olur ki, həqiqətən də onun əri günahsız imiş. Elə həmin gün onu azad etdirir.

Səhəri gün evinə gedən kişini görən xa0qadın heyrətlənir:

- Mən dilənib pul yığmışdım. Bağırovun qəbuluna gedəcəkdim

- Ay arvad, mənim işimi elə sən düzəltmisən. Yolda gördüyün yoldaş Bağırovun özü olub...

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin