22 yaşında Həcc ziyarətinə yollanan ƏKİZ QARDAŞLAR – 2 milyard izləyiciləri var - VİDEO

Hazırda oxunan: 22 yaşında Həcc ziyarətinə yollanan ƏKİZ QARDAŞLAR – 2 milyard izləyiciləri var - VİDEO

122511

Rusiyanın estrada dünyasında bir ilğım dolaşmaqdadır. Bu ilğımın yaradıcıları isə milliətcə azərbaycanlı oln Rauf və Faik Mirzəyev qardaşlarıdır. Hazırda rus gənclərinin kumirinə çevrilən əkizlərin cəmi 24 yaşları var. Onlar 7 iyul 1999-cu ildə Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevs şəhərində anadan olublar. Əkizlər 4 yaşından musiqi öyrənməyə başlayıblar. 2018-ci ildə isə profesional səhnədədirlər.

İlk gündən tamaşaçı və dinləyicilərin qəlbini fəth edən Rauf və Faiq qardaşları təkcə 2018-ci ildə konsert turu ilə Rusiyanın 21 şəhərini gəziblər. 2019-cu ilin aprel ayında isə Rusiya şəhərlərində yeni tura çıxıblar. Rusiya şou -biznesini fəth edən azərbaycanlı “Rauf & Faik” qrupunun pərəstişkarları təkcə Rusiya ilə məhdudlaşmır. Hələ 2021-ci ilin martında musiqiçilərin rəsmi yutub kanalına abunəçilərin sayı 1 milyardı keçib. 

Məşhur nəşrlərin manşetini bəzəyən qardaşlar

Rusiyada və MDB ölkələrində populyar olan Rauf & Faiq qardaşları haqqında mütəmadi olaraq Rusiyanın ən məşhur nəşrləri həvəslə məlumatlar tirajlayırlar. Populyar "Cosmopolitan" jurnalına müsahibələrində qardaşlar deyir: 

"Biz əkiz qardaşlarıq İjevskdə azərbaycanlı ailəsində anadan olmuşuq, hər şey bundan başladı. 4 yaşımız olanda qonşu bizim musiqi istedadımlzın olduğunu görür və valideynlərimizə tövsiyə edir ki, bizi İjevskdəki Musiqi Kollecinə aparsınlar. Valideynlərimzi məsləhəti eşidir. Beləcə biz ilk dəfə pianoda çalmağa başlayırıq və sonra vokal dərsləri alırıq.  Amma uğurlu yaradıcılığımız musiqi məktəbindəki dərslərin nəticəsi deyil. Biz belə doğulmuşuq, belə hiss edirik. Yeri gəlmişkən, ümumiyyətlə ailəmiz musiqiyə çox bağlıdır: babamızın qardaşı opera müğənnisi olub, Bakıda opera teatrının direktoru idi. Anamız da çox istedadlı, musiqini yaxşı bilən bir insandır. Fortepianoda və qanun adlanan maraqlı Azərbaycan musiqi alətində əla ifa edir".

Uğura və şöhrətə gedən çətin yol

Müsahibələrində Rauf & Faiq əldə etdikləri uğura görə hər zaman valideynlərinə minnətdar olduqlarını bildirirlər:

“Üstəlik əmimiz, ailənin maddi durumunun yaxşı olmadığına baxmayaraq, 2014-cü ildə bizə 100.000 rubla noutbuk aldı ki, musiqi ilə məşğul ola bilək. Demək olar ki, beş il bu noutbukda məşq etdik: musiqi tərtibatını öyrəndik və bu işi təkmilləşdirdik. Nəticədə "Mən səni sevirəm" adlı ilk albom bu kompüterdə hazırlandı. Studiyanın soyuq divarları arasında 700 rubl dəyərində iki səsgücləndiricidən başqa dostumuzun bizə verdiyi mikrofon və noutbuk var idi. Və biz bu alətlərlə ilk pullarımızı qazandıq".

Rauf & Faiq yaradıcılıq karyeralarını Udmurtiyanın ən güclü təhsil ocağı olan musiqi kollecindən başlayıb:

“6 yaşında musiqi məktəbinin birinci sinfinə daxil olanda artıq üçüncü sinif tədris proqramının mürəkkəb əsərlərini ifa edə bilirdik. İmtahandan uğurla keçdik, lakin hər ikimiz üçün yer yox idi: sonda birlikdə P.İ. Çaykovski adına Uşaq İncəsənət məktəbinə getməyə və fortepiano şöbəsinə daxil olmağa qərar verdik. Altıncı sinifdən sonra "Göy qurşağından yuxarı" estrada studiyasına keçdik, onlarla birlikdə Sankt-Peterburq, Estoniya, Finlandiya, İsveç və İtaliyanı gəzdik. 2015-ci ildə musiqi məktəbini fərqlənmə diplomu ilə bitirdik".

Rauf & Faiq qardaşlarının ilham mənbəyi

"Biz 90-cı və 2000-ci illərin musiqisi ilə böyümüşük: R&B, pop, soul. Bizə Sem Smit və Maykl Cekson, Ed Şeran, Brayn Maknayt, İvan Dorn kimi sənətkarların yaradıcılığı təsir edib və XXXTentakionun yaradıcılığı da bizim üçün dəyərlidir”, Rauf & Faik hansı sənətçilərin onların musiqilərinə təsir etdiyi suala cavabında deyib.

Qardaşlar hansı qızları sevirlər?

Rauf  & Faiq deyirlər ki, boş vaxtlarında pərəstişkarlarının şəxsi mesajlarına cavab verirlər və idealındakı qız barədə danışarkən Faiq Mirzəyev bunları dedi:

“O fərqli olmalıdır. Yanımda olanda - təvazökar, şən, xarizmatik, amma əsas odur ki, digər insanların qarşısında belə olmasın. İstəyirəm ki, şəxsi münasibətlərimiz elə şəxsi olaraq qalsın". Öz növbəsində, Rauf Mirzəyev idealından danışarkən qeyd edir ki, onun fikrincə xarici görünüş baxımından idealı yoxdur: "İnsan daxilən nə qədər gözəldirsə, onu bir o qədər çox sevib hörmət edərəm."

"Pərəstişkarlardan aldığımız ən qeyri-adi hədiyyələr dinə aid hədiyyələrdir", deyən Rauf & Faik, bu birliyin əsas sirrinin qardaşlıq bağı olduğunu vurğulayaraq gələcək planlarını gizli saxlamaq istədiklərini bildirdi: "Ümid edirik ki, dinləyicilərimizi təəccübləndirə və pley-listlərində qala biləcəyik".

"Музыка первого" kanalına görə, Rauf və Faikin səs diapazonu 4 yarım oktavadır.

22 yaşlı hacılar

Maraqlıdır ki, məşhur qardaşlar dini inanclarına da xüsusi diqqət ayırırlar.Onlar 2021-ci ildə Həcc ziyarətinə gediblər.

Bir sözlə, 24 yaşlı Azərbaycanlı əkizlər yavaş-yavaş dünyanı fəth edir. Bizə də onlara bu yolda uğurlar arzulamaq qalır.
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin