Şabran rayonunun Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı keçirilən tədbirdə təsirli anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, tədbirdə Aprel döyüşlərinin və Vətən Müharibəsinin iştirakçısı olan Şabran rayon sakini, veteran mayor Murad Bəşirov Xocalı faciəsinin dəhşətli tarixindən danışıb, şəhidlərin xatirəsini hörmətlə anıb.
O, Vətən Müharibəsi şəhidi Ürfan Orucovu da xatırlayıb və onunla şəhid olmamışdan iki gün öncə görüşməsindən, aralarında baş tutan söhbətindən danışıb.
Veteranın şəhidlə bağlı xatirəsi Ürfanın anası Şərqiyyə Orucovanı və digər şəhid analarını kövrəldib.
Mayor Bəşirov "şəhidlər ölməyib, siz onlarla yalınız fəxr etməlisiniz", - deyə şəhid analarına səslənib.
Çıxış edən muzeyin direktoru Bəsti Məmmədova və digər iştirakçılar Xocalı soyqırımının dünyada analoqu olmayan faciə olduğunu vurğulayıblar.
Tədbirin davamında "Xocalı Harayı" sərgisinə baxış keçirilib, məktəblilərin ifasında kompozisiya nümayiş olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 25.02.2023
Veteranın şəhidlə bağlı xatirəsi anaları kövrəltdi - FOTO
Hazırda oxunan: Veteranın şəhidlə bağlı xatirəsi anaları kövrəltdi - FOTO
Hazırda oxunan: Veteranın şəhidlə bağlı xatirəsi anaları kövrəltdi - FOTO
122502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.