Azərbaycanda məişət zorakılığı nəticəsində ölənlərin sayı 34,1 faiz artıb

Hazırda oxunan: Azərbaycanda məişət zorakılığı nəticəsində ölənlərin sayı 34,1 faiz artıb

12250

Ötən il məişət zorakılığı nəticəsində törədilmiş cinayət hadisələrinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qeydə alınan 1260 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır.

 

MÖVZU İLƏ BAĞLI:

Son günlər artan qadın qətllərinin günahkarı kimdir? – Xəyanət yoxsa ...


Məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17,0 faiz və 1,6 dəfə çoxdur.

Baş vermiş cinayətlərin 87,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 2,1 faizi isə digər cinayətlərə aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin